Kostanyan: Ermənistan parçalanma ərəfəsindədir

“Dövlət açıq-aşkar dağılma mərhələsindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq deputatı Anna Kostanyan yazıb.

O bildirib ki, erməni cəmiyyətinin hakimiyyətin təcavüzlərinə təəccüblənməsi təəssüf doğurur:

“İndi Ermənistanın gündəmi regionda iki fəal dövlətin diktəsi ilə dəyişikliklərə məcbur qalmaq, tarixi redaktə etməkdir”.

Kostanyan qeyd edib ki, ermənilər rəsmi İrəvana diktə edilmiş gündəmin nökərinə çevrilir, lakin heç bir addım atmır.

Safura Bənnayeva
Globalinfo.az