low angle picture seaplane flying clear sky scaled

Florida ştatının Boka-Raton şəhərinin rəsmiləri qəza zamanı göyərtədə olan 3 nəfərin həlak olmasını təsdiqləyib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Təyyarənin düşdüyü ərazidə olan bir nəfər isə xəsarət alıb.

***

Floridada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. 

Globalinfo.az xəbər verir ki, “NEXTA” məlumat yayıb.

Təyyarə havaya qalxandan qısa müddət sonra pilotlar idarəetmə ilə bağlı problemlərin olması barədə xəbər veriblər.

Hadisə zamanı göyərtədə 3 nəfər olub, onların hamısının həlak olduğu deyilir.

***

19:19

Floridada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “WPTV” kanalı məlumat yayıb.

Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, giriş qadağan edilib. Qəzanın səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilməyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: