Ermənilərdən gülməli addım: Ərdoğan və Mxitaryan… – FOTO

Erməni mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün baş tutan Çempionlar Liqası final matçını izləməsini “Ərdoğan Mxitaryanın matçını izlədi” kimi təqdim edib.

Globalinfo.az xəbər verir ki, İstanbul Olimpiya Stadionunda keçirilən final matçında erməni futbolçu Henrik Mxitaryan 83-cü dəqiqədə meydana daxil olub və uğursuz çıxış edib.

Buna rəğmən, erməni mediası yayımlanan xəbərlərdə Mxitaryanı ön plana çıxarıb.

Qeyd edək ki, final görüşündə R.T.Ərdoğan və BƏƏ lideri Əl Nəhyan oyunu birgə izləyiblər. Yekunda İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “İnter” komandasını məğlub edərək çempion olub.

Zaira Akifqızı
Gobalinfo.az