Ermənilərin Atatürkə inanılmaz sui-qəsd planları: 100 il öncə və bu gün… – FOTO

Ermənilərin Mustafa Kamal Atatürkə, ümumilikdə türk millətinə qarşı nifrəti illərdir ki, tükənmir, əksinə, daha da güclənir. Son olaraq “Disney Plus” platformasında yayınlanması nəzərdə tutlan “Atatürk” serialının ABŞ-dakı erməni lobbisinin təzyiqi nəticəsində təxirə salınması bu nifrəti türk xalqına bir daha xatırlatdı.

Son yüz illikdə zaman-zaman Türkiyədə yaşan türklərə ermənilərin onlara qarşı törətdiyi əməllərin unutdurulması üçün ciddi təbliğatlar aparılır, təşkilatlanmalar həyata keçirilirdi. Amma Atatürkü “qatil” adlandıraraq ona həsr edilən ekran işinin “türk milliyyətçiliyinə qarşı mübarizə” şüarı ilə təxirə salınması ermənilərin türk millətini hədəf alan tarixi düşmənliyini bir daha sübut etmiş oldu. Lakin bu, xislətində cinayət, nifrət olan millətin Atatürkə qarşı ilk “hücumu” deyil. Cümhuriyyət qurulan ərəfədə və sonrakı müddətdə Atatürkü öldürmək üçün 40 dəfəyə yaxın sui-qəsd cəhdi edilib. Heç təsadüfi deyil ki, onların arasında müxtəlif xarici və yerli qüvvələrə çalışan ermənilər də olub.

Globalinfo.az xəbər verir ki, bunlardan ən məşhuru 1925-ci ildə Manuk Manukyan və digər iki erməninin sui-qəsd cəhdidir.

Yunanıstanda yaşayan ermənilərdən üç nəfərlik sui-qəsdçi qrup Trakya və İsgenderun limanlarında ölkəyə fərqli yollarla daxil olublar. Amma Trakyadan ölkəyə keçən Manukyanın şübhəli hərəkətləri diqqət çəkib və polis tərəfindən izlənilib. Digər iki yoldaşı ilə görüşmək üçün İstanbuldan Eskişehire keçən Manukyan burada saxlanılmış və polislərin müşahidəsi altında soğulanmışdır. O, daha sonra Ankara İstiqlal Məhkəməsinə göndərilib və burada əməllərini etiraf edib. Manukyan digər iki erməni sui-qəsdçi yoldaşının da Eskişəhərə gələcəyini, daha sonra üçünün birlikdə Ankaraya keçərək Mustafa Kamal Atatürkü öldürməyə cəhd edəcəklərini deyib. O, sorğudan sonra edam edilib, digər iki nəfərin isə izi tapılmayıb.

Türkiyə Cümhuriyyəti tarixində ermənilərin Atatürkə qarşı ən məşhur sui-qəsd cəhdi bu olsa da, yaxın zamanlarda daha ciddi bir fakt ortaya çıxıb. Belə ki, tarixçi Ümid Doğan arxiv araşdırmalarında ermənilərin ingilislərin və amerikalıların tapşırığını icra edən ən professional sui-qəsdçilərdən hesab olduğunu qeyd edib. O, hələ Manukyandan öncə, 1920-ci ildə Mustafa Kamala qarşı erməni dəstənin hücum planı hazırladığını ortaya çıxarıb. 28 oktyabr 1920-ci il tarixli bir kəşfiyyat hesabatında Amerika Erməni Komitəsinin Atatürk və xanımını öldürmək üçün on erməni sui-qəsdçi göndərdiyi ortaya çıxıb. Hətta həmin ermənilərin müsəlmanlardan fərqlənməmək üçün sünnət olduqları deyilib. Türkiyə arxivlərində fotoları saxlanılan Serkes və Ohannes adlı iki erməni sui-qəsdçi tapşırığı yerinə yetirmək üçün Xəlil və Osman adları ilə Anadoluya gəliblər. Onların əsas məqsədi türk ordusu haqqında məlumatlar toplamaq, casusluq etmək və fürsət tapan kimi Atatürkü öldürmək idi. Amma həmin ermənilərin türk pasportu almaq üçün müraciət etdikləri, erməni əsilli ingilis kəşfiyyat lideri Pandikyanın əslində Atatürkə çalışırdı. Pandikyan onlara saxta pasport verib Anadoluya göndərərəkən artıq türk dairələrini məlumatlandırmışdı.

Image

Həmin iki erməniyə məxsus olan bu foto o zaman Türk kəşfiyyatına göndərilib. Müvafiq plan hazırlanıb, lazımı tədbirlər görülüb və onların tapşırıq üzrə hərəkət etdiklərini zənn etmələri üçün şərait yaradılıb. Ermənilər isə sadəcə Pandikyanın onlar üçün bütün prosesi asanlaşdırdığını düşünüblər. Afyon tərəflərində türklərin arasına sızan bu şəxslər dərhal saxlanılıblar. Amma onları öldürməyib, adlarından yeni bir məktub yazaraq İstanbuldakı digər sui-qəsdçilərə göndərib yanlış şəkildə yönləndirməyi bacardılar.
Həmçinin 1935-ci ildə də iki türk və iki erməni Atatürkə qarşı sui-qəsd planı hazırlamış, onları əməlləri o zamankı Avstriya kəşfiyyatı tərəfindən ortaya çıxarılmışdı.

Bu qədər vaxtdan sonra ermənilərin müasir şərtlərdə başqa formalarda Atatürkü dünyada “qatil”, “cinayətkar” kimi tanıtmaq cəhdlər yenidən Türkiyə və Türk dünyasını bu millətə qarşı baxış bucağını gözdən keçirməyə vadar edir.

Ayşən Mustafa
Globalinfo.az