Baki

May ayının sonunda imzalanan TRIPP layihəsi Azərbaycan və Ermənistanın regiondakı strateji rolunu əhəmiyyətli dərəcədə dəyişə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio Senatda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, layihə Ermənistanın əsas logistika və ticarət mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar verir və eyni zamanda Vaşinqtonla əlaqələrin daha da güclənməsinə şərait yaradır.

ABŞ dövlət katibi qeyd edib ki, TRIPP layihəsi Azərbaycanın nəqliyyat bağlantıları ilə bağlı məsələlərin həllinə töhfə verəcək, eyni zamanda Bakını regionun əsas nəqliyyat qovşağına çevirəcək. Onun sözlərinə görə, paralel olaraq Ermənistan üçün mühüm iqtisadi perspektivlər açılacaq.

Rubionun fikrincə, layihənin həyata keçirilməsi regional əməkdaşlığın genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və nəqliyyat marşrutlarının inkişafına müsbət təsir göstərə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: