“ABŞ üçün hazırda əsas prioritet İrandır, Ukrayna isə ikinci plandadır”
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Kiyev ABŞ-dan danışıqlar qrupunun gəlişini gözləsə də, bu proses ləng gedir:
“Bu gün diqqət mərkəzində biz deyilik. Məncə, ABŞ üçün bir nömrəli məsələ İrandır, Ukrayna isə ondan sonra gəlir. Təəssüf ki, biz müharibələrin növbəsində qalmışıq”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, Rusiyanı müharibəni dayandırmağa sövq edə biləcək ən təsirli güc ABŞ-dır. Ən yaxşı variant isə Vaşinqton və Avropanın birlikdə sülh prosesində iştirak etməsidir.
Ukrayna lideri əlavə edib ki, ölkəsi üçün əsas məqsəd müharibənin başa çatmasıdır və bu səbəbdən istənilən danışıqlar formatını dəstəkləyir:
“Bu müharibəni bitirmək naminə Putinlə birbaşa görüşə də hazıram. Dünyadakı bütün münaqişələrin haçan həll olunacağını, növbəmizin nə zaman çatacağını gözləmək istəmirəm”, – deyə Zelenski vurğulayıb.
Əliyar Xəlil