“Finlandiya Sankt-Peterburqa doğru uçan Ukrayna dronlarını vurmağa hazır idi”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkanen deyib.
O bildirib ki, Finlandiya kəşfiyyat xidmətləri bu barədə əvvəlcədən təfərrüatlar əldə edə biliblər, bu da onlara dronların ölkəyə daxil olması halında strategiya hazırlamağa imkan verib:
“Nəticədə, Porvoo və Lappeenranta bölgəsində hava və dəniz nəqliyyatına bəzi məhdudiyyətlər tətbiq edildi və qüvvələrimiz döyüş hazırlığı vəziyyətində idi”.
Nazir istifadə edilən kəşfiyyat sistemini açıqlamaqdan imtina edib.
O, ölkənin vəziyyəti bir gecədə qabaqladığını və kifayət qədər hazırlıq təmin etdiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az