İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla münasibətlərinin qarşılıqlı hörmətə əsaslandığını bildirib.
Globalinfo.az-ın xəbərinə görə, Netanyahu Trampın onu “dəli” adlandırmasına münasibət bildirərək deyib ki, tərəflər arasında bəzən taktiki fikir ayrılıqları yaranır, lakin onlar həmişə bu məsələləri həll etməyi bacarırlar.
“Tramp mənə hörmət edir. Mən də ona eyni münasibəti bəsləyirəm. Fikir ayrılıqlarımız olsa da, hər zaman ortaq məxrəcə gəlirik”, – deyə o vurğulayıb.
İsrailin baş naziri qeyd edib ki, hər iki liderin əsas məqsədlərindən biri Livanda sabitliyin təmin olunmasıdır. Onun sözlərinə görə, bunun üçün “Hizbullah” silahsızlaşdırılmalı və Livanın hərbsizləşdirilməsi baş verməlidir.
Netanyahu həmçinin bildirib ki, Livanın İsrailə qarşı istifadə edilməsinə imkan verilməməlidir və ölkənin təhlükəsizliyi əsas prioritet olaraq qalır.
Əliyar Xəlil