pasinyan011

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə iyunun 1-də apardığı telefon danışığından narazı qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, rəsmi açıqlamalarda söhbət zamanı “isti münasibət”in olduğu vurğulansa da, əslində, əlaqə elə də yaxşı keçməyib.

Məlumata görə, Putin Paşinyanla çox sakit tonda danışıb, onu doğum günü münasibətilə təbrik edib. Lakin ardınca Astanada Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə pararlel Avropa İttifaqına da üzvlüyünün mümkünsüzlüyü ilə bağlı keçirilən müzakirədən sərt şəkildə danışıb.

Paşinyanın söhbətdən dərhal sonra iqtisadiyyat nazirini çağırdığı, Rusiyanın məhsul idxalına qoyduğu məhdudiyyətlərin dərinləşəcəyini dediyi və hazırlıq görməyi tapşırdığı bildirilir.

Məhz bu səbəbdən Paşinyanın və iqtisadiyyat nazirinin iki gündür xalqa məhsulların Avropa İttifaqı ölkələrinə satılacağı, zərər edilməyəcəyi barədə açıqlamalar verdiyi qeyd olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: