pedofil 121

Rusiyanın Tümen şəhərində bir pedofilin azyaşlı qıza təcavüzə cəhd etməsi uşaqların təhlükəsizliyinə diqqət məsələsini yenidən gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, sözügedən görüntüləri Rusiya mediası tirajlayıb.

Bildirilir ki, azyaşlı yaxınlıqdakı digər uşaqlar və bir qadın tərəfindən xilas edilib.

Pedofilin hərəkətləri təhlükəsizlik kamerasına düşüb. Belə ki, 45 yaşlı şəxs 5 yaşlı qızı həyətdə götürərək binanın girişinə aparıb.

Yaxınlıqdakı uşaqlar qışqırmağa, kömək çağırmağa başlayıblar. Kişi qızı blokdan içəriyə salarkən, 8 yaşlı oğlan blokun avtomat kilidli qapısını tutub. Belə ki, qapı bağlansa, kodlu qapını bayırdan açmaq olmayacaqdı.

Oğlan bir əli ilə qapını saxlayıb, qışqıraraq insanları köməyə çağırıb. Küçədən təsadüfən keçən 31 yaşlı qadın tez bloka girib və qızı xilas edib.

Məlumata görə, pedofil həbs edilib, onu ağır cəza gözləyir.

Mütəxəssislər valideynlərə çağırış edərək, övladlarına nəzarət etməyin zəruri olduğunu bildiriblər.

Paylaş: