Ermənilər 800-dən çox silahı təhvil verdi

Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar əsasən, Qarabağdakı silahlı erməni birləşmələri silah – sursatlarını təhvil verir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında yazılıb.

Vurğulanır ki, proses antiterror tədbirlərinin dayandırılmasına dair razılaşmaların icrası məqsədilə Rusiya hərbi qulluqçularının nəzarəti altında həyata keçirilir.

Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPAD təhvil verilib.