Erməni tennisçidən növbəti təxribat – VİDEO

Tennisçilərin “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda Ermənistanla yanaşı Qarabağdakı separatçı rejiminin bayrağı açılıb.

Bu təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesexito Nisioka ilə görüş zamanı törədilib.

Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə “Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol” yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyası Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb.

Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə “Artsax möhkəm ol” sözlərini qeyd edib. Azərbaycan Tennis Federasiyası həmin hadisədən sonra Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.