“Paşinyan başqa nə edə bilər ki? Onun fərqli seçimi yoxdur. Bu, onun üçün ən yaxşı variantdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstanyan deyib.
O, Paşinyanın istefa verib-verməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:
“Mən uğurlu perspektiv görürəm. Problemlərin həlli yalnız Nikol Paşinyanın istefa verməsi fonunda mümkündür. Onun başqa işi qalmayıb. Başqa təklifləriniz varmı? Bu, Paşinyan üçün ən yaxşı variantdır. Əgər hökumət üçün hər şey yaxşıdırsa, o zaman niyə parlamentin bütün iclaslarını hərəkata həsr edirlər?”, – Qalstanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az