Suriya Prezident Administrasiyası İsrailin ölkə ərazisinə qarşı həyata keçirdiyi son hava hücumlarına cavab olaraq kəskin açıqlama yayıb.
Globalinfo.az xəbər verir ki, rəsmi bəyanata görə, İsrailin bu addımları Suriyanın suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar müdaxilədir və bu, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir.
Administrasiya bildirib ki, İsrailin təxribat xarakterli hücumları regionda gərginliyi daha da artırır və Yaxın Şərqdə sabitliyə ciddi təhdid yaradır.
“İsrailə xəbərdarlıq edirik – ölkəmizin daxili işlərinə qarışmaqdan və hərbi təzyiqlər göstərməkdən dərhal əl çəkməlidir. Əks təqdirdə, bu hərəkətlərin nəticələri olacaq və cavab vermək hüququmuz saxlanılır”, – deyə açıqlamada qeyd olunub.
Tahir Turan