Yekaterinburqdakı erməni icmasının rəhbəri Masis Nəzəryan həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı öz Teleqram kanalında erməni müxalif siyasətçi Arman Abovyan paylaşıb.
Onun sözlərinə görə, Nəzəryanın saxlanmasına səbəb Yekatrinburqdakı erməni kilsəsinin həyətində icma üzvlərinin Qarabağla bağlı dünya ictimaiyyətinə müraciət ünvanlamaları olub.
Məhkəmədə Nəzəryanın işinə ictimai nizamın və mitinq, aksiya təşkili maddəsinin pozulması üzrə baxıldığı bildirilib. O, 5 sutka həbs cəzası alıb.
Qeyd edək ki, Masis Nəzəryan 2003-cü ildən Ani-Ermənistan icmasının rəhbəridir. O, yaşadığı bölgənin əsas iş adamlarından biri hesab olunur.
Aqşin
Globalinfo.az