Erməni əsgəri özünü güllələdi

Ermənistanda əsgər özünü güllələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Göyçə mahalının Çəmbərək rayonunda (Qeqarkunik əyaləti) Daxili İşlər Nazirliyinin yerli polis şöbəsinə tibb mərkəzindən güllə yarası almış vətəndaşın gətirildiyi barədə məlumat daxil olub.

Bildirilib ki, Şorəyel mahalının (Araqatsotn rayonu) sakini, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açması nəticəsində sol ayağından güllə yarası diaqnozu ilə xəstəxanaya aparılıb.

Yaralı hərbi qulluqçudur.