“Qonşumuzla sülh bağlayaq, Qarabağ onlarındır!” – Erməni deputat

“Nikol Paşinyanın apardığı siyasətə, o cümlədən, sülh gündəmi ilə bağlı səylərinə tam dəstəyimizi ifadə edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı Qurgen Arsenyan deyib.

“Mən sülh gündəmimizi ikiəlli müdafiə edəcəyəm. Qonşu ölkə ilə sülhü geri qaytaracaq prosesi müdafiə edəcəyəm. Bununla yanaşı, ərazi bütövlüyümüzü qarşılıqlı şəkildə tanımağa dəstəyimi ifadə edirəm”, – o bildirib.

Arsenyan həmçinin Qarabağda ermənilərin Azərbaycana birləşməsinə qarşı olması ilə bağlı iddialara da cavab verib:

“Soydaşlarımız Qarabağda yaşayırlar. Amma bizim həmvətənlərimiz həmçinin Cavaxetiyada, Beyrutda, Qlendeyldə də yaşayırlar”.

İlkin Həsənov
Globalinfo.az