Ərəb ölkələrinin XİN başçıları Blinkenlə görüşdü

Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Fələstinin xarici işlər nazirləri İordaniyanın paytaxtı Ammanda ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşüblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, onlar ABŞ rəsmisinə Fələstin üzrə məsələyə ərəb dövlətlərinin vahid mövqeyini təqdim edəcək.

Qeyd edək ki, Antoni Blinken noyabrın 3-də İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.