Ərdoğanın Zəngəzurla bağlı ifadəsi Manukyanı təşvişə saldı

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatı Ankaranın İrəvana çoxsaylı önşərt irəli sürdüyünü göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Hayastan blokundan olan deputat Geqam Manukyan deyib.

Onun sözlərinə görə, “dəhliz” ifadəsinin gündəmdə olması erməni diplomatiyasının uğursuzluğunu sübuta yetirir:

“Burada üçtərəfli bəyanata istinad edilirsə, sənəddə bütün kommunikasiyaların açılması məsələsi də var idi. Lakin Paşinyan və komandası başqa yolla gedirlər. Bütün danışıqlar Türkiyə və Azərbaycanın dəhliz tələbinə fokuslanıb”, – o bildirib.

Manukyan təkcə Ankara və Bakının yox, daha böyük geosiyasi güclərin bu layihənin reallaşmasında maraqlı olduğunu bildirib. Deputat xüsusilə ABŞ-ın Mərkəzi Asiyadan Avropaya yolunun yaradılmasına cəhd etdiyini bildirib. O deyib ki, Azərbaycan bundan istifadə edərək, öz tələblərini sülh müqaviləsi imzalanmadan icra etdirə bilir.

Əliyar Xəlil
Globalinfo.az