Ərdoğanın səsini təqlid etdi, saxlanıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsini süni zəka vasitəsilə təqlid edib insanları aldadaraq pul alan şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) xüsusi əməliyyat keçirərək həmin şəxsi ifşa etdiyi bildirilir.

Kim olduğu açıqlanmayan şəxs xüsusilə iş adamları və nüfuzlu şəxslər haqqında məlumat toplayaraq, Ərdoğanın səsi vasitəsilə onları aldatmağa və pul almağa çalışıb.

Əliyar Xəlil
Globalinfo.az