Ərdoğanın səsini təqlid edərək insanları aldadan şəxs bu məşhurun oğludur – VİDEO

Xəbər verdiyimiz kimi, süni intellekt vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsini təqlid edən 26 yaşlı Fateh Əmrə Hülagü həbs edilib.

Globalinfo.az “Oda TV”yə istinadən xəbər verir ki, gəncin Türk Tarix Qurumunun sabiq sədri professor Mətin Hülagünün oğlu olduğu ortaya çıxıb.

Mətin Hülagü bir sıra qalmaqallı açıqlamaları ilə tanınmış, son zamanlarda tarixçi alim İlbər Ortaylı ilə mübahisəsi isə yenidən gündəmə gəlmişdi.