Ərdoğanın səhhəti ilə bağlı açıqlama

Türkiyə Prezidentinin Kommunikasiya Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) ölkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, məlumatda qeyd edilib:

“Bəzi sosial media hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını bildiririk.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil.

Məqsədli və əsassız iddialara inanmayın. Bunun məqsədi ictimaiyyəti manipulyasiya etməkdir”.