Ərdoğanın kitabını Putinə hədiyyə etdiyi yazıçı öldü

Türkiyənin məşhur yazıçısı Alev Alatlı vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

A.Alatlının müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

Qeyd edək ki, İzmirdə anadan 80 yaşlı yazıçı ədəbiyyat sahəsindəki xidmətlərinə görə bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb.

2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə A. Alatlının “Dünya növbəsi – Qoqolun izi ilə ikinci Kitab” əsərinin rus dilinə çevrilmiş variantını hədiyyə edib.