Ərdoğanın BMT-dəki bu çıxışı alqışlandı: “Qarabağ və Zəngəzur…” – VİDEO

“Qarabağ Azərbaycan torpağıdır. Məsələnin digər həll variantı qəbul edilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.

“Lakin Ermənistanın bu tarixi fürsəti dəyərləndirmədiyini görürük. Ermənistanın başda Zəngəzur dəhlizi olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Tək millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq yönündə atdığı addımları dəstəkləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bunun xaricində hər hansı status qəbuledilməzdir”, – deyə Türkiyə lideri bildirib

Onun bu sözləri zalda əyləşənlər tərəfindən alqışlarla qarşılanıb.