Ərdoğanın “Azov” qərarının arxasında bu səbəb dayanır – Türk politoloq

“Türkiyə “Azov” komandirlərini Ukraynaya qaytarmaqla öz imicini yüksəltmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu türkiyəli politoloq İkbal Dürre deyib.

O bildirib ki, Ankaranın Moskva tərəfindən bəyənilən hərəkətləri daha çoxdur.

“Ankara öz oyununu oynayır. NATO, Qərblə həllini gözləyən problemlər var. Ukrayna ilə problemlər var. Türkiyə regionda prestijini artırmaq istəyir. Əgər R.T.Ərdoğan ölkəsinin maraqları üçün hər hansı qazanc görürsə, digər tərəflərin nə düşünməsinin əhəmiyyəti olmur”, – politoloq bildirib.

Qeyd edək ki, Türkiyədən səfərdən geri qayıdan Ukrayna lideri Vladimir Zelenski Mariupolu müdafiə edən əfsanəvi “Azov” batalyonunun rəhbərlərini özü ilə Ukraynaya apardığını elan edib. Şərtlərə görə isə əsirlikdən azad edilən azovçular müharibə bitənə qədər Türkiyədə qalmalı idi.

Tamerlan Yayaqan
Globalinfo.az