Ərdoğanı tənqid edən israilli nazirə cavab: “Utanmalısınız”

“Utanmalı olan çoxu uşaq və qadın olmaqla, 35 minə yaxın fələstinlini qətl yetirmiş israilli rəsmilərdir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın Siyasi Bürosunun başçısı İsmayıl Haniyə ilə görüşünü tənqid edən İsrailin XİN başçısı İsrail Katza cavabında bildirib.

“İsrail hökuməti üzvlərinin gündəmi dəyişdirmə cəhdləri nəticə verməyəcək”, – Keçəli qeyd edib.