Ərdoğandan sərt çıxış: Qərb vicdansızlıq edir, Ermənistanı buna dəvət edirəm…

“Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib.

“Erməni xalqı və onu idarə edənlər təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata çəkərək özlərinə qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular.

Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa dəvət edirəm”, – Ərdoğan əlavə edib.

Ərdoğan Qərb ölkələri Qəzzada susqunluq göstərməklə vicdansızlıq nümayiş etdirdiklərini də vurğulayıb:

“Qəzzada olanlar min il öncə səlibçilərin yürüşü zamanı və II Dünya müharibəsindəki hadisələr qədər vəhşilikdir. Qərb ölkələri Qəzzada susqunluq göstərməklə vicdansızlıq nümayiş etdirir”.