Ərdoğandan “Qalatasaray”la bağlı paylaşım – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında “Qalatasaray”la bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda qeyd edilib:

“Super Liqanın 2022-2023 mövsümünün çempionu “Qalatasaray”ı, azarkeşlərini və bütün Qalatasaray ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm”.

Qeyd edək ki, bu, “Qalatasaray”ın 23-cü çempionluğudur.