“Ukraynadakı vəziyyətlə bağlı təcili addımları müəyyən etmək üçün nümayəndə heyətimiz ABŞ-a gedib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyi bildirilib.
Bu barədə “360 portalı” məlumat yayıb.
Bununla belə, Zelenskinin Telegram kanalında Ukrayna nümayəndə heyətinin ABŞ-a danışıqlara gəlməsi ilə bağlı heç bir yazı görünməyib.
Bundan əvvəl ölkə başçısı bəyan edib ki, nümayəndə heyəti Cenevrə razılaşmaları əsasında münaqişənin həlli üzrə dialoqu davam etdirəcək.
Siyasətçinin sözlərinə görə, ABŞ tərəfinin yanaşması konstruktiv, diplomatiya isə aktiv olaraq qalır.
Paralel olaraq, “Politico” nəşri də Ukrayna nümayəndə heyətinin noyabrın 30-da ABŞ-a gedərək “sülh planı”nı müzakirə edəcəyini qeyd edib:
“Zelenski danışıqlar aparan heyət qarşısında aydın bir vəzifə qoyub: müharibənin dayandırılması üçün lazım olan addımları operativ və konkret şəkildə işləyib hazırlamaq”.
Məlumata görə, ukraynalı rəsmilər Floridada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər.
Əliyar Xəlil
Globalinfo.az