erdogan putin 4

Rusiya Prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfərinin tarixi hələ müəyyən edilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Cənab Putinlə (Rusiya prezidenti) tez-tez telefon danışığımız olur. Türkiyəyə səfəri ilə bağlı hələ ki tarix müəyyən edilməyib”, – deyə dövlət başçısı bildirib.

O, bu məsələnin ən qısa zamanda dəqiqləşdiriləcəyinə inandığını vurğulayıb:

“İnanıram ki, ən qısa zamanda səfərin tarixi bəlli olacaq”.

Paylaş: