“Bir müddət əvvəl İstanbulda və Mərmərə bölgəsində 6,2 bal gücündə zəlzələ baş verdi. Zərər çəkmiş bütün vətəndaşlarımıza can sağlığı arzulayırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Səhiyyə Nazirliyinin bütün bölmələri hazırda həyəcan vəziyyətindədir:
“Axtarış və yoxlama səylərimiz dəqiqliklə davam edir. Biz də prosesi diqqətlə izləyirik. Bura gəlməmişdən əvvəl ən aktual məlumatları nazirlərdən, həmçinin AFAD rəhbərindən və İstanbul valisindən aldım. Hələlik heç bir problem görünmür. Allahdan ölkəmizi, millətimizi hər cür bəlalardan, fəlakətlərdən, qəzalardan qorumasını diləyirəm”.
***14:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələlərdən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Prosesi yaxından izləyirik. Vətəndaşlarımıza keçmiş olsun”, – deyə o bildirib.
Günay Rəsulqızı
Globalinfo.az