aynur elgunes 1

Vəkil Zibeyda Sadıqova həbsdə olan jurnalist Aynur Elgünəşin səhhətində ciddi problemlərin olduğunu bildirib.

Globalinfo.az gununsesi.info-ya istinadən xəbər verir ki, vəkili onun indiyədək 17 dəfə əməliyyat olunduğunu və həbsindən əvvəl növbəti əməliyyata hazırlaşdığını xatırladıb.

“Hazırda ən böyük təhlükə böyrəyində formalaşıb. Buna görə təcili müalicə müəssisəsinə köçürülüb”, – Zibeyda Sadıqova bildirib.

Vəkil jurnalistin səhhətində yaranmış problemləri nəzərə alaraq, onun ev dustaqlığına buraxılmasının vacibliyini vurğulayıb.

Paylaş: