istanbul 1

İstanbulda 4,9 bal gücündə daha bir zəlzələ oldu.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

***

İstanbulda 5,9 maqnitudalı daha bir zəlzələ meydana gəldi. 

Globalinfo.az xəbər verir ki, İstanbul Valiliyi və Böyükşəhər Bələdiyyəsi dağıntıların olmadığını açıqlayıb.

Lakin şəhərdə bəzi köhnə binaların çökdüyünə dair məlumatlar yayılır.

***

İstanbulda son bir saat işçində ard-arda 6 zəlzələ meydana gəlib. 

Globalinfo.az xəbər verir ki, ilk olaraq Silivri yaxınlığında 25,54 km dərinlikdə 3,9, ikinci isə 23,16 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ olub.

Daha sonra Büyükçekmece bölgəsində 17 km dərinlikdə 4,4 və ardınca 23,5 km dərinlikdə isə 4,8 bal gücündə iki zəlzələ də baş verib. Son olaraq eyni bölgədə 14 km dərinlikdə  4,4 və 16 km dərinlikdə isə 4,9 bal gücündə titrəyişlər hiss olunub.

Hazırda İstanbul ərazisində dağıntı və tələfatla bağlı yoxlamalar aparılır.

***

İstanbulda növbəti dəfə 4,9 bal gücündə zəlzələ baş verib. 

Globalinfo.az xəbər verir ki, bunun sayca dördüncü zəlzələnin olduğu bildirilir.

Çox sayda insan evlərini və ofisləri tərk edib, küçələrə axışıb.

“Taksim” meydanı və Sultan Əhməd Məscidinin önündə izdiham müşahidə olunur.

 

Bu gönderiyi Instagram’da gör

 

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

***

İstanbulda üçüncü 4,4 bal gücündə üçüncü zəlzələ baş verib. 

Globalinfo.az bildirir ki, dağıntı və tələfatla bağlı hər hansı məlumat açıqlanmayıb.

Şəhərdə insanlar küçələrə çıxaraq yeraltı təkanların bitməsini gözləyirlər.

***

İstanbul yaxınlığında ard-arda iki zəlzələ meydana gəlib. 

Globalinfo.az xəbər verir ki, ilk zəlzələnin 3,9-4 bal gücündə, ikincinin isə 6,2 bal gücündə olduğu açıqlanıb.

Yeraltı təkanlar Tekirdağ bölgəsi ilə yanaşı, Bursa, Çanakkale və Kırklareli kimi yaxın şəhərlərdə də hiss edilib.

Kandilli Rəsədxanası zəlzələ ocağının Marmara dənizi sahillərində yerdən 16 km dərinlikdə olduğunu açıqlayıb.

Məlumata görə, zəlzələdən sonra mobil operatorlar çöküb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: