Ərdoğandan İsrail açıqlaması: “Artıq mümkün deyil”

“Türkiyənin artıq İsraillə aktiv ticarət əlaqələri yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“İsraillə artıq intensiv ticarət əlaqələri saxlamırıq, hər şey bitdi”, – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Qəzzada 40 mindən çox insanın ölümünə və 75 mindən çox insanın yaralanmasına görə məsuliyyət daşıyan İsraillə ticarət əlaqələri saxlamaq artıq mümkün deyil.

Xatırladaq ki, Türkiyənin Ticarət Nazirliyi aprelin 9-da İsrailə qarşı ticarət sanksiyası tətbiq edib. Belə ki, 54 məhsul qrupunda 1019 adda məhsulun Türkiyəyə idxalı məhdudlaşdırılıb.

Əliyar Xəlil
Globalinfo.az