Ərdoğandan inflyasiya ilə bağlı açıqlama: “Hər şikayəti eşidirik”

“İnflyasiyanı vətəndaşlarımızın gündəlik həyatından çıxaracağıq”. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Bütün vətəndaşlarımızdan bir az da səbirli olmasını, atdığımız və atacağımız addımlara dəstək vermələrini gözləyirik. Hər şikayəti eşidirik. İnşallah qarşıdakı illərdə indiki dərdlərimizi keçmişin xatirəsi kimi xatırlayacağıq.