Ərdoğandan İmamoğlu ilə bağlı ilk açıqlama

WhatsApp Image 2025 03 19 at 15.45.44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, ölkə prezidenti “müxalifət bələdiyyədəki diplom və korrupsiya məsələləri ilə bağlı ittihamlara cavab verə bilməz. Çünki onların doğru olduğunu bilirlər” deyib

“Müxalifətin daxili çəkişmələrini və ya qanunla bağlı problemlərini ölkənin ən mühüm problemi kimi göstərmək cəhdləri ikiüzlülüyün zirvəsidir. Müxalifət tərəfi CHP, media və digər strukturları ilə istər diplom, istərsə də korrupsiya və oğurluqla bağlı irəli sürülən iddialara heç vaxt cavab vermir”, – deyə Türkiyə lideri ifadə edib.

Onun sözlərinə görə, bu məlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına öz partiyadaşları veriblər.

Türkiyə liderinin sözlərinə görə, İmamoğlu ətrafında baş verənlərə görə CHP liderlərinin çoxu indi timsah göz yaşları axıdır, lakin bağlı qapılar arxasında sevincdən yerində dayana bilmirlər:

“İctimaiyyət qarşısında timsah göz yaşları tökən CHP rəhbərlərinin əksəriyyətinin partiyadaxili qarşıdurmada rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında sevincinin həddi-hüdudu olmadığı da göz qabağındadır. Bir daha deyirəm: CHP-nin məsələsi ölkənin, xalqın deyil, öz qərargahında olan bir ovuc iddialı adamın məsələsidir. Bizim nə partiya, nə də müttəfiq olaraq müxalifətin şoularına vaxtımız yoxdur. Partiya olaraq ölkənin əsl gündəmi ilə məşğuluq. Allaha şükürlər olsun ki, 23 illik ömrümüzün hər günü, hər anı belə keçdi, ölkəmizə saysız-hesabsız işlər, xidmətlər göstərildi”.