Ərdoğan və Zelenski müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan Kaxovka bəndində baş vermiş partlayışı araşdırmaq üçün beynəlxalq komissiyanın yaradıla biləcəyi fikrini səsləndirib.