meloni tramp 0

ABŞ Prezidenti Donald Tramp ötən həftələrdə İtaliya Baş naziri Corciya Meloni ilə yaşadığı qalmaqaldan sonra diqqətçəkən addım atıb.

Globalinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Meloni ilə əl sıxdığı fotonu paylaşıb.

Maraqlısı odur ki, Tramp şəklin üzərinə “Uzaqlaşdırma qərarı lazımdır” ifadəsini yazıb.

Xatırladaq ki, ABŞ lideri iyunun 19-da İtaliyanın “La7” telekanalına müsahibəsində Fransada keçirilən G7 Sammiti çərçivəsində görüşdüyü Meloni barədə bunları demişdi:

“Mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Çox istəyirdi ki, birlikdə şəkil çəkdirək. Əslində razı olmazdım, amma ona yazığım gəldi”.

Meloni isə həmin gün sosial şəbəkə hesabında Trampın dediklərinin həqiqəti əks etdirmədiyini bildirərək cavab vermişdi:

“Nə mən, nə də İtaliya heç vaxt kiməsə yalvarmır”.

Bundan sonra Tramp sosial şəbəkədə Meloninin onunla şəkil çəkdirmək istədiyi iddialarını yenidən təkrarlayaraq yazmışdı:

ABŞ İranı hərbi baxımdan məğlub etdikdən sonra o (Meloni) reytinqini artırmaq üçün yenidən mənimlə dost olmaq istəyir. Təşəkkür edirəm, amma ehtiyac yoxdur”.

Meloni isə buna belə cavab vermişdi:

“Prezident Tramp, bu davamlı və əsassız hücumların heç bir mənası yoxdur. Populyarlığıma gəlincə isə, sənin dostun olmaq mənə qətiyyən fayda verməyib”.

trumptan meloniyi cildirtacak paylasim fotograf krizi buyuyor 1801513 202607060909 20260706090915 1

Günel Cəlil
Globalinfo.az

Paylaş: