Ərdoğan Zelenski ilə bu məsələləri müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Globalinfo.az İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Prezident Ərdoğan danışıq zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanın dayandırılması və daimi sülhün təmin edilməsi üçün çox səy göstərir.

“Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti, həmçinin taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu vurğulayıb.