Ərdoğan Vilnüsdə Qarabağdan danışdı: “2025-ci ildə Rusiya ərazini tərk edəcək” – VİDEO

“2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq”.

Globalinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamasında Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı cavablandırarkən deyib.

Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevin bölgədəki vəziyyəti diqqətlə izlədiyini qeyd edib:

“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”, – deyə Ərdoğan bəyan edib.