Ərdoğan və Quterreş İsrail-Fələstin münaqişəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, tərəflər Türkiyənin vasitəçilik səyləri ilə günahsız mülki şəxslər üçün bölgəyə humanitar yardımın çatdırılması imkanlarını dəyərləndiriblər.

Söhbət zamanı Prezident Ərdoğan qeyri-mütənasib güc tətbiqinin vəziyyəti daha da böyük çıxılmaz vəziyyətə salacağını vurğulayıb və tərəflərin təmkinli davranmasının, impulsiv addımlardan qaçmasının çox vacib olduğuna işarə edib.