Ərdoğan və Putinin görüşünə hazırlıq gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq gedir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası (PA) məlumat yayıb.

Bildirilib ki, görüşlə bağlı işlər diplomatik kanallar vasitəsilə aparılır.

“Lakin hələ ki konkret razılıq yoxdur”, – Türkiyə PA-dan deyilib.

Xatırladaq ki, V.Putin 2024-cü ilin əvvəlində R.T.Ərdoğanla görüş planlaşdırdığını bildirmişdi.