Ərdoğan Səudiyyə Ərəbistanına getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

Globalinfo.az xəbər verir ki, Ərdoğanı Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Ciddə regional əmirinin müavini Bədir Bin Sultan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əs-Səud, Türkiyənin Ər-Riyaddakı səfiri Fateh Ulusoy, Türkiyənin Yəməndəki səfiri Mustafa Pulat və İslam Əməkdaşlıq Təşkilatının daimi nümayəndəsi səfir Mehmet Mətin Əkər qarşılayıb.

Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşü gözlənilir.

Onun şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.