Ərdoğan Rusiyaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə danışıqlar aparmaq üçün yaxın zamanlarda Rusiyaya səfəri gözlənilir. 

Globalinfo.az xəbər verir ki, səfər zamanı əsas müzakirə mövzusunun “taxıl sazişi”nin bərpası olduğu bildirilir.

Türkiyə və Rusiya mediasında yayılan məlumatlara əsasən, görüş zamanı liderlər taxıl dəhlizinin bərpası üçün perspektivləri dəyərləndirəcəklər. Bildirilir ki, Ərdoğanın səfəri bu baxımdan ciddi əhəmiyyət kəsb edir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı bu məsələnin vacibliyi vurğulanmışdı. Həmçinin Türkiyə Prezidentinin müşaviri Akif Çağatay Kılıçın da paralel olaraq Ukraynaya səfəri gözlənilir.

Bununla yanaşı xarici işlər naziri Hakan Fidanın həm Mosvkva, həm də Kiyevə gedəcəyi bildirilir.

Türkiyə prezidentinin səfərinin nə zaman baş tutacağı isə dəqiq məlum deyil.

Əliyar Xəlil
Globalinfo.az