Ərdoğan Quterreşlə Qəzzanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, xüsusən İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.

Danışıq zamanı humanitar böhranın həlli təklifləri və davamlı sülh üçün səylər müzakirə edilib.

Prezident Ərdoğan Qəzza hücumlarında həyatını itirən 100-dən çox BMT əməkdaşına görə Quterreşə başsağlığı verib.