Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini təbrik edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Məlumatda bildirilib ki, ölkə liderləri arasında telefon danışığı baş tutub.

Ərdoğan seçkilərdə qələbəsi münasibətilə Vladimir Putini təbrik edib, Rusiya xalqının rifahı naminə dövlət fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Prezidentlər eləcə də Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.

“Söhbət zamanı çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə gələcəkdə də sıx fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub”, – deyə məlumatda bildirilib.