“Türkiyə tezliklə İraqın şimalındakı əməliyyatını bitirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə İraqın şimalında “Pəncə-Qala” əməliyyatını tezliklə başa çatdıracaq.
Qeyd edək ki, Türkiyə hərbçiləri 2019-cu ildən Şimali İraqda Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı əməliyyatlar aparır.
Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qruplar siyahısına daxil edilən “PKK” 1984-cü ildə Türkiyəyə qarşı üsyan qaldırıb. Üsyan zamanı 40 mindən çox insan həlak olub.
Müşviq Tofiqoğlu
Globalinfo.az