AA 20250212 37036363 37036362 CUMHURBASKANI ERDOGAN PAKISTANA VARDI scaled
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Prezidentin şəxsi təyyarəsi paytaxt İslamabada eniş edib. Onu hava limanında Pakistan Prezidenti Asif Əli Zərdari və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah iki ölkə prezidenti arasında ikitərəfli görüşün keçiriləcəyi gözlənilir.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII Toplantısında iştirak edəcək.

Daha sonra isə Türkiyə-Pakistan İş Forumuna qatılacaq prezidentlərin birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: