Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Seutadakı miqrasiya böhranı ilə bağlı Rusiyaya yönəltdiyi ittihamlara cavab verib.
Globalinfo.az xəbər verir ki, Zaxarova Moskvanın Avropada qorxu yaratmaq məqsədilə Seutadakı görüntülərdən istifadə edərək genişmiqyaslı kampaniya aparması iddialarını rədd edib.
O bildirib ki, məhz ABŞ Dövlət Departamentinin internet səhifəsində Avropa İttifaqında davam edən miqrasiya böhranı ilə bağlı materiallar yerləşdirilib.
Rusiya XİN sözçüsü Ukrayna rəhbərliyini də sərt ifadələrlə hədəf alaraq onu “çürümüş və acınacaqlı bir yer” adlandırıb.
Tahir Turan