Ərdoğanla Orban arasında müzakirə oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Diplomatik Forumu çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.

Globalinfo.az xəbər verir ki, prezidentlər görüşdə Türkiyə və Macarıstan münasibətlərini, Qəzza münaqişəsini, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini müzakirə ediblər.

Həmçinin Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərdən, NATO-nun genişlənməsi prosesindən danışıblar.